Düşmən növbəti dəfə Gəncəni raketlə vurdu: 13 ölü, 40 yaralı
Tarix: 17-10-2020, 09:03
Baxılıb: 3 294
Google+ Paylaş
Tumblr Paylaş

Düşmən növbəti dəfə Gəncəni raketlə vurdu: 13 ölü, 40 yaralı

17-10-2020, 09:03

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini ballistik raketlə vurub.


Şəhərdə ardıcıl partlayış səsi eşidilib.


Raketlərdən biri yaşayış evlərinin ərazisinə düşüb. Bir neçə ev dağılıb. Dağntılar altında qalan və ölənlərin olduğu ehtimal edilir.


***


Dağıntılar altından yaralılar çıxarılır. Onların arasında bir uşaq olduğu görünür...


***


İlkin məlumata görə, raket hücumu nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb...


***


Son məlumatlara görə, raket hücumu nəticəsində 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.


***


Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.


Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


***


Raket hücumu nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 40-a çatıb.


***


Gəncə şəhərini raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ