Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində uğurlu əməliyyatı davam etdirir
Tarix: 17-10-2020, 08:48
Baxılıb: 1 231
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində uğurlu əməliyyatı davam etdirir

17-10-2020, 08:48

Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində uğurlu əməliyyatı davam etdirir
Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, erməni tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Oktyabrın 11-də isə  Azərbaycanın ikinci ən böyük şəhəri olan, 500 mindən çox əhalinin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən Gəncə erməni vandalları tərəfindən raket və artilleriya atəşinə məruz qalır.  Ermənistanın siyasi-hərbi rəhbərliyinin göstərişi ilə atılan ballistik raket 3 yaşayış binasını dağıtdı, yerlə-yeksan etdi. Ermənistanın dinc və günahsız azərbaycanlılara qarşı törədilən növbəti terror aktı, barbar və vəhşi hücumu nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 40-a yaxın insan yaralandı.
Uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəni vurmaları onların xain planlarının bir hissəsi idi. Ermənistanın humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımda təsdiq edir. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərlərinin yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən həyata keçirilirsə bu birbaşa regionda sülh və sabitliyə ciddi təhlükədir. Qadınları, uşaqları atəşə tutan işğalçı Ermənistan bilməlidir ki, törətdiyi  hərbi cinayətlərə görə mütləq cavab verəcək, atdığı hər addımın hesabını ödəyəcək. Getdikcə azğınlaşan düşmən ölkəyə qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların tətbiqi zəruridir. Hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrimizi vurmaq, dinc insanları öldürməklə çıxmağa çalışır. Düşmənin son təxribatı da göstərdi ki, Ermənistan atəşkəs rejiminə əməl etmək niyyətində deyil və terrorçu fəaliyyətini atəşkəs dövründə də davam etdirir. Odur ki, mülki vətəndaşları hədəfə alan Ermənistana beynəlxalq səviyyədə təzyiqlərin göstərilməsi zəruridir. Həm beynəlxalq təşkilatlar, həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri Ermənistanın vəhşiliyinə qarşı sərt mövqe nümayiş etdirməli, terrorçu dövlətə qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq olunmalıdır. Həmçinin Ermənistanın silahlandırılmasının qarşısı tamamilə alınmalıdır.
Düşmənin məqsədi mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə almaqla əhalini qorxutmaqdır. Amma bütün bunlar əbəsdir. Çünki Azərbaycan xalqı qələbə əzmi ilə yaşayır və düşmənlərin bu kimi təxribatları vətəndaşlarımızın qələbəyə köklənməsinə əngəl ola bilməz.
Zeynalov Murad,
74 saylı orta məktəbin direktoru
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ