Türkiyədən Prezidentə müraciətlər daxil olur: “Bütün qəlbimizlə Sizi dəstəkləyirik”
Tarix: 1-10-2020, 15:18
Baxılıb: 4 723
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədən Prezidentə müraciətlər daxil olur: “Bütün qəlbimizlə Sizi dəstəkləyirik”

1-10-2020, 15:18

Son günlərdə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən cəbhayanı zonalarda yaşayan kəndləri və mülki əhalini atəşə tutması səbəbindən hərbi əməliyyatlar yenidən aktivləşib.

Minlərlə Azərbaycan vətəndaşı, eləcə də qardaş ölkələrdən olan insanlar Ordumuza dəstək vermək – cəbhədə döyüşmək üçün könüllü olaraq ordu sıralarına yazılmaq istədiyini bildirib. Hər gün minlərlə insan Prezident İlham Əliyevin saytına yazaraq Orduya, Ali Baş Komandana dəstək ifadə edirlər. Onlar arasında Türkiyə vətəndaşları da var.

“Hörmətli cənab Prezident.

Qarabağda ordunuzun uğurlu əməliyyatları barədə xəbərlər bizi xoşbəxt etdi, hər kəndin adı çəkildikcə ayrıca sevinc anları yaşadıq.

Hər yaralanan əsgər, hər şəhid xəbəri ürəyimizdə bir yara oldu. İnşallah, Qələbə xəbəri bu yaraları sağaldacaq. İnşallah, xalqınız Qarabağda gözəl günlər yaşayacaq.

Mən də bu mübarizənizdə Sizlərlə bir sıradayam. Yaşasın Türk Birliyi. Çox yaxın günlərdə Şuşada, Xankəndində, Xocalıda ucalacaq azan səsləri Qarabağın hər guşəsində eşidiləcək”.

Hormətlə, Ömər Öztürk

Türkiyə Respublikası, İstanbul şəhəri.

“Hörmətli cənab Prezident.

Biz türklər ermənilərlə mübarizədə bütün qəlbimizlə Sizi dəstəkləyirik. Azərbaycan Ordusunun tərkibində Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlar üçün qardaşlarımızla vuruşmağı ürəkdən istəyirik. Xain ermənilər bilməli idilər ki, türklər üçün qazdıqlara quyuya bir gün özləri düşəcəklər. Onların elə bugünkü durumu da quyunun dibində yazıq-yazıq durub kimdənsə kömək gözləyən birini xatırladır.

Bu, Sizin siyasi, diplomatik və hərbi uğurunuzdur, cənab Prezident. Uğurlarınızın davamı gəlsin”.

Hörmətlə, Saraç Mustafa Yunus oğlu

Türkiyə Respublikası, Kayseri şəhəri.

“Hörmətli cənab Prezident.

Sizin də dediyiniz kimi, “Qarabağ Azərbaycandır!” Biz bunu belə görmüşük, belə oxumuşuq və belə də bilirik.

Mən 53 yaşındayam, polis işçisi olmuşam, hazırda təqaüddəyəm. Canımla, qanımla Azərbaycan dövlətinin yanındayam. Hansı an “gəl!” əmri verilsə, gələcəyəm. Belə bir gündə cəbhə xəttində olmaq hər birimizin borcudur.

Sizə Qarabağ qələbəsi arzu edirəm, cənab Prezident”.

Hörmətlə, Yakup Kurt

Türkiyə Respublikası, Aydın şəhəri.

“Hörmətli cənab Prezident.

Bir daha işğalçı Ermənistanın beynəlxalq hüququ və insan haqlarını pozan, Azərbaycan ərazisinə və birbaşa mülki əhalini hədəf alan xain hücumunu qətiyyətlə pisləyirəm.

Türk “Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsi olaraq bütün varlığımızla qardaş Azərbaycan xalqının yanındayıq. Bir daha bildirirəm ki, Azərbaycanın beynəlxalq hüquqla təsdiq edilmiş bütün hüquqlarını sonadək müdafiə edəcəyik.

Azərbaycan torpaqlarının 20 faizi işğal edildi və 1 milyondan çox soydaşımız evlərindən didərgin düşdülər. Qarabağ təkcə Azərbaycanın deyil, həm də Türkiyənin həsrətinə çevrildi.

Qarabağ məsələsinin yeganə həll yolu Ermənistanın dərhal işğal olunmuş ərazilərini tərk etməsi və 30 ildir əziyyət çəkdiyi bütün vətəndaşlarımıza təzminat ödəməsidir. Ermənilərin məsuliyyətsiz rəhbərləri bu günə qədər bunu etmədikləri üçün bu gün Dağlıq Qarabağı və işğal olunmuş bütün ərazilərimizi öz gücümüzlə azad etmək təbii haqqımızdır.

Bəzi beynəlxalq təşkilatların Azərbaycan və Ermənistanı danışıqlara çağırmalarını mənasız hesab edirik. Bu nöqtədə, danışıqların yeganə mövzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlardan çıxma təqvimi olmalıdır.

Türkiyənin Azərbaycana münasibəti və dəstəyi yalnız sözdə deyil, hər iki dövlətin rəsmi xarici siyasət strategiyasında, qarşılıqlı münasibətində də yer alıb. Bu münasibətin təbii nəticəsi olaraq, canımız, qanımız və bütün varlığımızla Azərbaycanın yanındayıq.

Duamız və dəstəyimiz Sizinlədir.

Həmişə olduğu kimi ürəkdən deyirik, Qarabağ türk torpağıdır, belə də qalacaq! Həsrət sona yetəcək. Gec-tez üçrəngli Bayraq Qarabağın hər guşəsində dalğalanacaq”.

Hörmətlə, Talip Geylan

Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsinin sədri

Türkiyə Respublikası.

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Son günlər cəbhə bölgəsindən gələn xəbərlər məni və bütün xalqımızı ziyadəsiylə sevindirir və qürurlandırır. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərımızə və bütün dünyaya göstərdiniz ki, Qarabağ uğrunda, öz torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Bunları yazaraq Sizə dərin hörmət və dəstəyimi bildirir, hər an əmrinizdə olduğumu bir daha ifadə etmək istəyirəm. Qəlbimiz Vətən ilə döyünür. Sizin rəhbərliyiniz və Allahın köməyi ilə yaxın vaxtlarda torpaqlarımızı son qarışına qədər geriyə alacağımıza inanıram. Yolumuz Haqqın yoludur. Qarabağ Azərbaycandır!”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ