Günün qoroskopu: təmayüllər sizin üçün müsbətdir
Tarix: 1-10-2020, 00:12
Baxılıb: 4 528
Google+ Paylaş
Tumblr Paylaş

Günün qoroskopu: təmayüllər sizin üçün müsbətdir

1-10-2020, 00:12

Avromedia.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaranan situasiyanın məzmununu və mahiyyətini dərk etməyə çalışın. Sizinlə eyni obyektə iddialı olan insanların gizlətməyə can atdıqları motivasiyaları çözün.
Buğa - enerjinin yığıldığı, amma onun nəzarətdə saxlamağın çətinləşdiyi qəzalı, riskli zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problemlər yarana bilər.
Əkizlər - düşünülməmiş açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın. Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə cəhd göstərməyin.
Xərçəng - təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin. Günün ikinci yarısında maliyyə işlərində diqqətli olun.
Şir - emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı olun.
Qız - günün mürəkkəb energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.
Tərəzi - yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə sirayət etməsinə imkan verməyin. Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.
Əqrəb - təmayüllər sizin üçün müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.
Oxatan - yaxın ətrafınızdakı insanlardan biri və ya yaxın dostunuzla olan münasibətlərin sınaq dövrüdür. Ünsiyyətlər son günlərin hadisələrinin təsiri altında transformasiyaya uğrayır.
Oğlaq - mühüm xəbərlər alacaqsınız. Sizi narahat edən məsələnin cavabı günün ikinci yarısında tapılacaq. Axşam saatlarında səhhətinizə fikir verin.
Dolça - ümumi maraqlar və problemlər sizi birləşdirə bilər. Ola bilsin ki, başqa işlər görmək lazımdır. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni variantlarına çıxışı sürətləndirəcək.
Balıqlar - işgüzar tərəfdaş və ya həmkarlarla münasibətlərdə emosiyalar alovlana bilər. Hisslərin gərginləşməsinin əlaqələrin kəsilməsinə səbəb olması yolverilməzdir.Milli.Az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ