Generaldan ŞOK AÇIQLAMA
Tarix: 30-09-2020, 09:13
Baxılıb: 2 575
Google+ Paylaş
Tumblr Paylaş

Generaldan ŞOK AÇIQLAMA

30-09-2020, 09:13

Bu gün bir neçə yaşayış məntəqəsi həm Füzuli, həm də Cəbrayl rayonlarında işğaldan azad edildi. Sonra növbəti addım şimal istiqamətdə Murovdağ silsiləsinin Murov zirvəsi oldu. Təsəvvür edin o zirvəyə nə tank dırmaşır, nə də təyyarə ora bir şey edə bilir". 

Bu sözləri hərbi ekspert, keçmiş korpus komandiri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, piyadaların qəhrəmanlığı nəticəsində həmin post darmadağın edildikdən sonra həmin yüksəklik nəzarətə götürülüb:

"Yüksəkliklər nə üçün nəzarətə götürülür? Çünki oradan hər tərəf görünür. Şimaldan Ermənistan tərəfdən gələn qoşunların kalonlarını həmin yüksəkliklərdən nəzarətdə saxlamaq olur. Oradan Azərbaycan ordusunun müxtəlif raket artilleriya vasitələrinə kardinatlar verilir ki, hədəf məhv edilsin.

Mərkəz istiqamətindən Talış kəndinin yaxınlığında 2016-cı ildə bir neçə zirvə işğaldan azad olunmuşdu. Dünən Azərbaycan ordusu o zirvələrdən daha yüksəkdə olan strtaeji yüksəkliklər ələ keçirib.

Bəzən sual olunur ki, niyə yaşayış məntəqələri ələ keçirilmir? Bəli, yaşayış məntəqələri sözsüz ki, önəmlidir və vacibdir. Ancaq bütün hərbçilər bilir ki, yaşayış məntəqələrindən vacib strateji yüksəkliklərdir. Bu yüksəkliklər vasitəsilə ətrafda olan bütün yaşayış məntəqlərinə nəzarət və təsir etmək olur. Qoşunlarımız fəaliyyətdə olarkən onu idarə etmək daha rahatdır"

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ