Baş Nazirin müavini və digər rəsmilər cəbhəboyu yaşayış məntəqələrində oldu
Tarix: 26-09-2020, 21:55
Baxılıb: 1 132
Google+ Paylaş
Tumblr Paylaş

Baş Nazirin müavini və digər rəsmilər cəbhəboyu yaşayış məntəqələrində oldu

26-09-2020, 21:55

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz, Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.
Bu barədə Avromedia.az-a Nazirlər Kabinetindən bildirilib.
Hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.
Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilib.
Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ