AzTV “Diriliş Ərtoğrul”u yayımlayacaq
Tarix: 25-09-2020, 16:46
Baxılıb: 4 379
Google+ Paylaş
Tumblr Paylaş

AzTV “Diriliş Ərtoğrul”u yayımlayacaq

25-09-2020, 16:46

Türkiyədə reytinq siyahılarında ilk pillələrdə olan “Diriliş Ertuğrul” tezliklə AzTV-də yayımlanacaq.
AzTv-dən verilən məlumata görə, izləyicilər ortaq ulu türk tariximizin şanlı səhifələrindən bəhs edən filmə Azərbaycan dilində baxa biləcəklər:
"AzTV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına başlanılıb.
Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək.
Qeyd edək ki, 2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın ssenarisi Mehmet Bozdağa aiddir. Filmdə baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevik çəkilib. “Diriliş Ərtoğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb. O bu filmdəki roluna görə “Kapalı çarşı” jurnalı tərəfindən “Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb.
Serialın ilk seriyasının yayımlandığı günün AB qrupu üzrə reytinq sıralamasında birinci sırada olub.
“Diriliş Ərtoğrul”un hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ