Sabah hava necə olacaq?
Tarix: 24-09-2020, 13:25
Baxılıb: 4 132
Google+ Paylaş
Tumblr Paylaş

Sabah hava necə olacaq?

24-09-2020, 13:25

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Sentyabrın 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 25-26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ