Günün qoroskopu: işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil
Tarix: 23-09-2020, 00:09
Baxılıb: 1 085
Google+ Paylaş
Tumblr Paylaş

Günün qoroskopu: işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil

23-09-2020, 00:09

Avromedia.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - məqsədə doğru aparan yolda sədlər və maneələr var. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Kimsəyə imkan verməyin ki, əhvalınızı pozsun. İşdə tapşırıqlar artır. Adi günlərlə müqayisədə işlər daha çox olacaq. Təşkilatçılıq məharətinizi işə salaraq problemləri sürətlə çözməyə çalışın.
Buğa - səhhətinizdə kiçik problemlər yarana bilər. Planlaşdırdığınız işlər, görüş və istirahətdən imtina etməyin. Qəfil hədiyyə və sürpriz istisna deyil. Axşam saatlarında normal dincəlin.
Əkizlər - yeni tərəfdaşlar və müttəfiqlər cəlb eləmək üçün əlverişli zamandır. İndiyədək sizə laqeyd yanaşan insanın rəğbətini qazana bilərsiniz. Dəvət aldığınız yerə qatılın. Diqqət mərkəzində olsanız, təlaşa düşməyin.
Xərçəng - yeni şərik və ya həmkarlarla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Sərfəli məsləhətlər ala bilərsiniz. Geyim, orijinal bəzəklər və aksessuar almaq üçün yaxşı zamandır. Sizi qeyri-adi, parlaq nəsnələr cəlb edir. Nüfuzlu insanla tanışlıq istisna deyil.
Şir - birmənalı olmayan gündür. Hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Yaşananları yalnız bədbin çalarlarda görərək situasiyanı neqativ dəyərləndirməyin. Kiçik itkilər, uğursuz alış-veriş və sərmayə ola bilər. Amma ağır maliyyə problemləri yaşanmayacaq.
Qız - tərəfdaşlarla əməkdaşlıq sərfəli, həm də xoş olacaq. Alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasib zamandır. Sevdiyiniz insanın istəklərini nəzərə alın, onları qulaqardına vurmayın.
Tərəzi - əlverişli və rahat gündür. Böyük uğurlara nail ola bilərsiniz. Yaşanan olayların əsas məqamlarını nəzərdən qaçırmasanız, adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyəcəksiniz. Yeni işgüzar tərəfdaşlar tapmaq olar.
Əqrəb - şəxsi münasibətlərdə pozitiv təmayüllərin təsiri artır. Təşəbbüs göstərin, nəyisə dəyişməyə və ya yaxşılaşdırmağa çalışın. İntuisiyanızın səsini dinləyin. Ailə üzvləri ilə təmaslarda həssas olun.
Oxatan - işdə həmkarlar və rəhbərliklə bağlı sərt danışaraq ünsiyyətdə problemlər yaratmayın. Belə davranışın sonradan hansı fəsadlara səbəb ola biləcəyini düşünün.
Oğlaq - peşəkar fəaliyyət, biznes və kommersiya ilə bağlı mühüm qərarları qəbul etməyə dəyməz. İşgüzar intuisiyanız bu gün "korlaşıb". Çox asanlıqla səhvə yol verə bilərsiniz. Yaramaz insanların dəyərsiz məsləhətlərinə qulaq asmayın. Belələrinin dediklərini qulaqardına vurun.
Dolça - işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil. Qida rasionuna fikir verin. Mədə-bağırsaq sistemi bu gün xüsusilə həssasdır. Axşam saatlarında idmanla məşğul olmaq fikrindən daşının.
Balıqlar - özünüzlə bağlı yaxşı fikrin formalaşmasına çalışın. Birlikdə çalışmağı düşündyünüz insanlarla görüşərək danışıqlar aparmaq olar. İşgüzar təşəbbüsü unutmayın. İdeyalarınızı müzakirəyə çıxarın. Adətən sizi dəstəkləməyən, ideyalarınızı bəyənməyən insanlar belə, bu gün dəstək verəcəklər.Milli.Az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ