Nazirlik kartlara ödənilən vəsaitə aydınlıq gətirdi
Tarix: 22-09-2020, 18:12
Baxılıb: 4 267
Google+ Paylaş
Tumblr Paylaş

Nazirlik kartlara ödənilən vəsaitə aydınlıq gətirdi

22-09-2020, 18:12

"Bu gün şəhid ailəsi üzvlərinin bank kartlarına ödənən vəsait onlara hər ay ödənən təqaüd yox, PAŞA Qrup Şirkətləri tərəfindən əlavə dəstək məqsədilə ödənən yardımdır. Bank hesablarında fərqli məbləği görən vətəndaşlarımızda çaşqınlıq yaranmasına ehtiyac yoxdur".
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.
O bildirib ki, şəhid ailəsi üzvlərinə aylıq təqaüd hər ay olduğu kimi yaxın günlərdə eyni qaydada bank kartlarına oturacaq: "“Koronavirusla mübarizə məqsədilə dövlətin istifadəsinə təqdim olunan otel və obyektlər üzrə xərclər Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən qarşılanmışdır. Azərbaycan dövləti tərəfindən atılan xeyirxah addıma cavab olaraq, PAŞA Qrup Şirkətləri kompensasiya edilmiş məbləği şəhid ailələrinə təqdim etmək qərarına gəlib. Belə ki, Qrupun otelləri tərəfindən həyata keçirilən xərcləri qarşılamaq məqsədilə təqdim edilən vəsait ölkəmizdəki 12000 şəhid ailəsinə yardım olaraq təqdim olunub.
Dəstək tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi Siyahı əsasında və nazirlik tərəfindən təqaüdlə təmin olunan hər bir şəhid ailəsi üzvünü əhatə edir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ