Ordumuz tezliklə xalqımıza qələbə sevinci yaşadacaq - Əhliyyət Mehdiyev
Tarix: 22-09-2020, 17:46
Baxılıb: 4 457
Google+ Paylaş
Tumblr Paylaş

Ordumuz tezliklə xalqımıza qələbə sevinci yaşadacaq - Əhliyyət Mehdiyev

22-09-2020, 17:46

“Dünəndən başlayaraq ehtiyatda olan hərbi vəzifəlilər təlim və hərbi yoxlama üçün xüsusi toplanışlara çağırılırlar. Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir və vətənpərvər gənclərimizlə qürur duyuruq”.
Bu fikirləri danışan Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili Əhliyyət Mehdiyev deyib.
O qeyd edib ki, vətəndaşlarımız dövlət-ordu-xalq vəhdətini həm Aprel döyüşlərində, həm Tovuz hadisələrində, həm də hazırkı vaxtda ən yüksək səviyyədə nümayiş etdirir:
“Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir. Son illərdə, xüsusilə Aprel döyüşlərindən sonra və Tovuz hadisələrində gördük ki, yüz minlərlə Azərbaycan gənci Ali Baş Komandana, ordumuza, dövlətimizə dəstək nümayişlərinə qatıldı və əsgərlərimizin yanında olduqlarını bildirdilər. Bu gənclər bu gün də Səfərbərlik Xidmətinə, Müdafiə Nazirliyinə müraciət edirlər. Minlərlə gənc döyüş bölgələrinə yollandı və döyüşməyə hazır olduğunu bildirdi. Biz bu gün öz gəncliyimizlə, vətəndaşlarımızla qürur duyuruq, mütəmadi olaraq gənclərlə görüş keçiririk, onlardan özümüz də müsbət enerji alırıq.
Hər bir auditoriyada görürük ki, yüzlərlə yeni Poladlar, Mübarizlər, Raquflar, Samidlər və neçə-neçə igidlər yetişir. Bu, bizi qürurlandırır. Bir daha əmin oluruq ki, sabahımız etibarlı əllərdədir. İnanıram ki, tezliklə ordumuz qələbə sevincini xalqımıza yaşadacaq. Xalqımız qələbəyə layiqdir və bu, tezliklə olacaq. Hər şey göz önündədir. Gəncliyimizlə, vətənpərvər gənclərimizlə, vətəndaşlarımızla qürur duyuruq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ