Müharibə qaçılmazdır, vəziyyət buna doğru gedir - Hərbi ekspert
Tarix: 21-09-2020, 13:38
Baxılıb: 4 378
Google+ Paylaş
Tumblr Paylaş

Müharibə qaçılmazdır, vəziyyət buna doğru gedir - Hərbi ekspert

21-09-2020, 13:38

“Ermənistan Azərbaycana ikinci yol saxlamayıb. Dövlətimiz yəqin ki, lazım olan addımı atacaq. Düşmənin son təxribatları isə onu deməyə əsas verir ki, müharibə qaçılmazdır və buna görə də Xarici İşlər Nazirliyi məlumat yaydı ki, bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Bu fikirləri danışan hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, müharibə qaçılmazdır və yalnız güc hesabına düşməni ram edib, yerində otuzdura bilərik: “Müharibə olmalıdır. Çünki hazırda vəziyyət bu istiqamətə doğru gedir. Son vaxtlar Ermənistan həddindən artıq həyasızlaşıb və təxribatlara ara vermir. Goranboy istiqamətində təxribat nəticəsində bir erməni zabiti əsir götürüldü. İndi də qərb istiqamətində - Şəmkirdə Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) mövqelərimizə daxil olması, onun sonradan məhv edilməsi, o cümlədən bu gün səhər saatlarında Tovuz istiqamətində hərbi qulluqçumuzun düşmən təxribatı nəticəsində şəhid olması onu deməyə əsas verir ki, Azərbaycan Müdafiə Nazirliyi lazım olan addımı atacaq və atır. Düşmənə layiq olduğu cavab isə verilib”.

Ü.Cəfərov bildirib ki, hazırkı vəziyyətin real döyüş əməliyyatlarına keçib-keçməyəcəyini əvvəlcədən demək olmur: “Biz sadəcə olacaqları təxmin edə bilərik. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli televiziyalarımıza verdiyi müsahibəsində də bu fikrə toxundu ki, Ermənistan faktiki olaraq öz hərəkətləri ilə danışıqlar prosesindən çıxıb. Danışıqlar dayandırılıb və ikinci yol güc amilidir. Azərbaycan da bunu mütləq şəkildə tətbiq edəcək. Bunun nə zaman olacağını dəqiqliklə deyə bilmərik. Amma vəziyyət o istiqamətə gedir ki, ölkəmiz məcburiyyət qarşısında qalıb bu addımı atmalıdır və atacaq. Ermənistan və havadarları Azərbaycana qarşı çox məkrli plan hazırlayıblar.
Ermənistan öz layiq olduğu cəzanı yaxın günlərdə almalıdır. Çünki bu qədər səbir, dözüm nümayiş etdirmişik. Ölkə başçısı da jurnalistlərə müsahibəsində bildirdi ki, beynəlxalq qurumlar vəziyyətin gərginləşməsində bir qədər maraqlı görünürlər. Ermənistan hakimiyyəti Suriyadan, Livandan və digər yerlərdən erməniləri gətirərək Qarabağda qeyri-qanuni məskunlaşdırma həyata keçirir. Ancaq beynəlxalq təşkilatlar buna heç bir halda reaksiya göstərmirlər. Onlar vəziyyət gərginləşəndən sonra peyda olacaqlar. Amma müharibə qaçılmazdır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ