General hərbi salam verən məktəbli ilə görüşdü
Tarix: 21-09-2020, 09:09
Baxılıb: 2 658
Google+ Paylaş
Tumblr Paylaş

General hərbi salam verən məktəbli ilə görüşdü

21-09-2020, 09:09

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini əsgər salamı ilə qarşılayan uşaq Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.


Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə bu hərəkəti ilə sosial şəbəkələrdə məşhurlaşıb. Onun hərbçiləri salamlamasını əks etdirən fotoşəkli Facebook-da böyük izləyici kütləsi qazanmaqla yanaşı, çox sayda paylaşılıb.


Sərhəd diviziyasında keçirilən bugünkü görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.


Elton gələcəkdə sərhədçi olmaq istədiyini bildirib.





скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ