Bakı Metrosu yenidən bağlana bilər?
Tarix: 19-09-2020, 11:22
Baxılıb: 4 362
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Metrosu yenidən bağlana bilər?

19-09-2020, 11:22

"Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər".
Bunu oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:
"İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarının qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunun bağlamayacaq şəkildə taxırsa, onun heç bir mənası olmur. Bu, sadəcə aksessuar çevrilir.
Biz bütün sərnişinlərdən xahiş edirik ki, maskaları təkcə platformalarda deyil, qatarlara minəndə də təyinatına uyğun taxsınlar. Çünki maskadan istifadə etməmək virusun yayılmasına şərait yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ