Putin Ərdoğanı təriflədi: Onun sayəsində reallaşdı
Tarix: 7-06-2019, 21:43
Baxılıb: 1 773
Google+ Paylaş
Tumblr Paylaş

Putin Ərdoğanı təriflədi: Onun sayəsində reallaşdı

7-06-2019, 21:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq.
Avromedia.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında səsləndirib.
Rusiya Prezidenti Rusiya xammalının Avropaya çatdırılmasını şaxələndirən yeni marşrutların tikintisindən danışarkən bildirib ki, “Şimal axını-2” və “Cənub axını” layihələri ləng həyata keçirilir, yaxud onların reallaşması təxirə salınır.
O deyib: “Biz Türkiyə ilə “Türkiyə axını”nı inşa etmək barədə razılığa gəldik. Prezident R.T.Ərdoğanın siyasi iradəsi və mərdliyi, ölkəsinin suverenliyinin ən yaxşı xüsusiyyətlərini göstərməsi sayəsində biz hər şeyi yaxın bir neçə ayda başa çatdıracağıq. Artıq layihənin dənizdən keçən hissəsi reallaşıb. İndi ərazidə iş gedir, tezliklə onu başa çatdıracağıq. İndi Avropadakı tərəfdaşlarımız qazımızı başqa marşrutla alacaqlar. Əlbəttə, əgər istəsələr”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ