Bakının rayonları birləşdirilə bilərmi? - Millət vəkili
Tarix: 15-09-2020, 21:45
Baxılıb: 1 187
Google+ Paylaş
Tumblr Paylaş

Bakının rayonları birləşdirilə bilərmi? - Millət vəkili

15-09-2020, 21:45

Gəncə şəhərində Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsü kimi ləğv edilməsi barədə təşəbbüs irəli sürülüb və bu günlərdə təşəbbüslə bağlı qərarın verilməsi gözlənilir. Bakıda da 12 rayonun olmasını nəzərə alsaq, gələcəkdə optimallaşdırma nəticəsində onların da birləşdirilməsi müzakirə oluna bilərmi?
Avromedia.az-ın Hit.az-a istinadən məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev qeyd edib ki, ümumilikdə həm mərkəzdənqaçma, həm də mərkəzi idarəetmə olmalıdır:
“Gəncədə Nizami və Kəpəz rayonlarının ləğvi ilə bağlı məsələ reallıqlara əsaslanır. Çünki o rayonların heç birinin lazımi səlahiyyətləri yox idi. Bütün məlumatlar, sənədlər, müraciətlər Gəncə Şəhər İcra Hakimiyyətindən keçirdi. Belə olan halda Kəpəzin və Nizaminin İcra hakimiyyətlərinin səlahiyyətləri yox dərəcəsindədir. Ona görə bu iki rayonun birləşməsi çox zəruridir.
Ancaq Bakının rayonları həddindən artıq böyükdür. Elə rayonlar var ki, orada 250-300 min sakin yaşayır. O rayonların inzibati bölgü kimi ləğvi ciddi çətinliklər yarada bilər. Çünki bu rayonlar həddindən artıq böyükdür. Bu rayonlarda idarəetmə strukturları xeyli təkmilləşib. Birdən-birə rayonların Bakı Şəhər İcra Hakimiyyətlərinə birləşdirilməsi həm insanların çoxluğu baxımından, həm də idarəetmə baxımından çox böyük çətinliklər törədə bilər. Çünki hər bir rayonda yüz minlərlə insan İcra Hakimiyyətinə müraciət edir, qeydiyyatı var, müəyyən kommunikasiya sisteminə daxil edilib və s. Ona görə də paytaxtın rayonlarının vahid mərkəzdə birləşdirilməsi olduqca çətin ola bilər. İndiki halda bir vətəndaş kimi bunu məqbul hesab etmirəm”.
Deputat hesab edir ki, təkmilləşmə prosesində həmin rayonlarda yerli özünüidarəetmə orqanlarının fəaliyyətini canlandırmaq daha vacibdir:
“Xüsusilə bələdiyyələrin fəaliyyətini canalandırmaq lazımdır. Əslində bir neçə il əvvəl həmin rayonların tərkibində ərazi icra strukturları yaradıldı ki, onlar əhali ilə daha yaxın olsunlar, müraciətlərə daha operativ baxsınlar. Çünki Bakının elə rayonu var ki, bu tərəfdən o biri tərəfə bir neçə kilometrdir. Vahid mərkəzdən idarəetmə yaradılarsa, vətəndaş bir müraciəti Bakı şəhər İcra Hakimiyyətinə təqdim etməkdə çətinlik çəkər. Xüsusilə Xəzər, Pirallahı rayonlarını misal göstərmək olar. Yaxud vətəndaşın hansısa sənəddən ötrü Bakı Şəhər İcra Hakimiyyətinə gəlməsi zaman itkisi və əlavə yorğunluq deməkdir. Ona görə indiki halda şəxsən bu məsələni məqbul hesab etmirəm".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ