Məktəblilərin ictimai nəqliyyatdan istifadəsi yoluxmanı artıracaq?
Tarix: 8-09-2020, 17:45
Baxılıb: 4 686
Google+ Paylaş
Tumblr Paylaş

Məktəblilərin ictimai nəqliyyatdan istifadəsi yoluxmanı artıracaq?

8-09-2020, 17:45

Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq. Tədrisin bərpası ilə artıq ictimai nəqliyyatdan şagirdlər də istifadə etməyə başlayacaqlar. Məktəblərdə sanitar tələblər gözlənsə belə, ictimai nəqliyyatdan istifadənin yoluxmaya təsir edib-etməyəcəyi sual doğurur.
Publkika.az-a danışan allerqoloq-pulmonoloq Ramin Nərimanın sözlərinə görə, payız fəslində istənilən xəstəlik kəskinləşə və arta bilər. O cümlədən soyuğun olması ilə bağlı yuxarı tənəffüs yolarının da problemi artır. Amma bu, o demək deyil ki, koronaviorusa yoluxma da artacaq: “Ümumiyyətlə, koronavirusun olub-olmamasından asılı olmayaraq sanitar-gigiyena qaydalarına əməl etmək vacibdir. Bu xəstəlik üzə çıxandan bəri bunun bir həyat tərzi olduğu ilə bağlı məlumat verilir. Həyat tərzi olacaq bir xəstəliyə görə həyatı dayandırmaq olmaz. Bu o deməkdir ki, xəstəlik bizimlə daimi qala bilər. Məsələn, şəkərli diabet ömürlük xəstəlikdir. Bu, xəstə üçün həyat tərzidir. Koronavirus da əgər bir həyat tərzidirsə, biz ona görə təhsili dayandırmalı deyilik. Çünki virus 5-6 aya ləğv olunub gedəcək, amma təhsilsizliyə bağlı olan problemləri biz gələcəkdə görəcəyik və yaşayacağıq. Məktəbdən qalma təhsil sisteminə neqativ təsir edəcək. Fikrimcə, həyat tərzi olan bir şeyə görə təhsilin dayandırılması düzgün bir addım deyil. Koronavirus uşaqlarda qripdən daha yüngül keçir və qrip uşaqlarda 5-7 gün davam etdiyi halda, koronavirusda cəmi 1-3 gün qızdırma olur. Əgər şagirdlərin təhsilindən söhbət gedirsə, ciddi bir problem olmayacaq və dərslərin dayandırılmasının da məqsədəuyğun olduğunu düşünmürəm”.
R.Nəriman qeyd edib ki, uşaqların əsas yuratdığı problem onların daşıyıcı olaraq, virusu başqalarına ötürmələridir: “Artıq bu yol keçilib və hər şey aydındır. Uşaqlar xəstələnsələr də, virusu yüngül keçirirlər. Düşünmürəm ki, uşaqların yoluxmaları artsa, ciddi problem yaranacaq. Azərbaycanda uşaqlarda koronavirusun ağır keçdiyi təsdiq olunmayıb. Sadəcə onların çox az qisminin sağlamlığında problem olur. Ona görə də hansısa bir problemin yaranacağını düşünmürəm. Məktəblərdə də razılaşdırılıb, proqram təşkil olunub ki, dərslər fasiləli olacaq. Ona görə də artımın olacağını düşünmürəm. Havalar soyuduqca da yoluxmanın artacağını deyə bilmərik. Çünki yaşanılmamış heç nəyi əvvəlcədən demək olmur. Bu virus hər fəsil özünü fərqli cür aparır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ