Kim haqlı, kim haqsız?: Bizdən yazmaq, sizdən tədbir görmək
Tarix: 19-04-2019, 08:04
Baxılıb: 37

Kim haqlı, kim haqsız?: Bizdən yazmaq, sizdən tədbir görmək

19-04-2019, 08:04


«Həzi Aslanov» metrosunun ətrafı bərbad vəziyyətdədir.

Xətai rayonunun sonuncu metrostansiyası Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Hər gün metroya minlərlə sərnişin girib-çıxır. Buna baxmayaraq metronun çıxacağı və girəcəyində antisanitariya baş alıb gedir. Yöndəmsiz-yöndəmsiz köşklər - meyvə-tərəvəz, balıq, toyuq satanlar buranın sanki «bəzəyinə» çevrilib. Külək soldan əsib sağdan çıxır. Burada peraşki, qutab, bilinçik (təzə-təzə) bişirib satırlar.
Metrostansiyaya girən vaxt gözümə bir plakat sataşdı, «Problemləri həll edirik!». Bu plakatın sağ tərəfində telefon köşkünün sol tərəfində içki qutuları, zir-zibil, siqaret kötükləri, insanların ürəyini ağrıdr. Dövlətimiz Bakı zəhmətkeşləri üçün gözəl metro inşaat ediblər. Ancaq gəlin görək bu metronun dörd tərəfi nə gündədir. Bu metronun ərazisini kim təmizləməlidir? Metronun xadimələri, yoxsa MİS?
Köşkün satıcıları da səliqə-səhmana fikir verməyərək antisanitariya yaradırlar. Əgər şıdırğı alver edib pul qazanırsınızsa, işlətdiyiniz köşkü də təmiz saxlamalısınız. Mənə elə gəlir ki, bu yazıdan sonra H.Aslanov metrostansiyasınn rəisi və Xətai rayon MKTB-nin rəisi bu problemlə bağlı bir tədbir görəcəklər. Kim haqlı, kim haqsız özləri araşdıracaqdırlar. Bizdən yazıb göstərmək, sizdən tədbir görməkdir. Mövzuya yenidən qayıdacağıq.
Məmmədhəsən MƏMMƏDOV
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ