Spiker yüksək bal toplamış abituriyentlərlə görüşdü
Tarix: 5-09-2020, 19:06
Baxılıb: 4 652
Google+ Paylaş
Tumblr Paylaş

Spiker yüksək bal toplamış abituriyentlərlə görüşdü

5-09-2020, 19:06

Milli Məclisin sədri Sahibə Qafarova Şəmkir rayonundan ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib.


Abituriyentləri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edən Milli Məclisin sədri müdavimlərin qazandığı bu yüksək nailiyyətlərin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, təhsil sahəsində reallaşdırılan tədbirlərin parlaq nəticəsi olduğunu bildirib.


"Bu nailiyyət həmçinin sizin illərlə çəkdiyiniz əziyyətin, əzmkarlığınızın nümunəsidir".


Sahibə Qafarova vurğulayıb ki, müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır və gənclər cəmiyyətin fəal təbəqəsidir.


Spikerin fikrincə, bu gün gənclərimizin öz üzərində çalışıb, yüksək təhsil almaları, bilikli, bacarıqlı kadrlar kimi yetişib xalqımıza, dövlətimizə xidmət etmələri üçün çox böyük imkanlar var:


"Birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini xüsusilə qeyd etməliyik. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir. İnanıram ki, siz gənclər, bu imkanlardan uğurla yararlanaraq yaxşı təhsil alacaqsınız".


Çıxış edən abituriyentlər bu görüşün onların həyatında əlamətdar bir hadisə olduğunu vurğulayıb, gələcəkdə ən yüksək səviyyədə təhsil alaraq, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək üçün bacarıqlı mütəxəssislər kimi yetişmək naminə çalışacaqlarını bildiriblər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ