Rusiya məhkəməsi Fuad Abbasovla bağlı qərar verdi
Tarix: 6-06-2019, 21:03
Baxılıb: 287
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya məhkəməsi Fuad Abbasovla bağlı qərar verdi

6-06-2019, 21:03

Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətinə baxılıb.
Prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Məhkəmənin qərarına əsasən, F.Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir.
Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət edib.
Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Azərbaycanlı jurnalist və vəkilləri ilə Ximki Şəhər Məhkəməsinin müvafiq qərarından şikayət veriblər.Report
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ