BNA-nın işdən qovulmuş şöbə müdirinə "Bakı Bus"da vəzifə verilib?
Tarix: 5-09-2020, 10:42
Baxılıb: 3 030
Google+ Paylaş
Tumblr Paylaş

BNA-nın işdən qovulmuş şöbə müdirinə "Bakı Bus"da vəzifə verilib?

5-09-2020, 10:42

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus Bakı Bus MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Report-a açıqlamasında deyib ki, bu məlumatlar həqiqətə uyğun deyil.
“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, - deyə o, qeyd edib.
Xatırladaq ki, H.Babayevin televiziya kanallarından birinin efirində səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Buna görə müntəzəm marşrut xətləri mövcuddur” fikirləri ictimai qalmaqala səbəb olmuş və BNA-nı kəskin tənqid hədəfinə çevirmişdi. Bundan sonra o, vəzifəsindən azad edilmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ