Rusiya üçün qorxunc proqnoz: Əhali əsrin sonuna qədər 40 milyon azalacaq
Tarix: 5-09-2020, 08:41
Baxılıb: 2 532
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya üçün qorxunc proqnoz: Əhali əsrin sonuna qədər 40 milyon azalacaq

5-09-2020, 08:41

Rusiyanın əhalisi əsrin sonuna qədər 40 milyon azalacaq.
Bu barədə “RİA Novosti” Vaşinqton Universitetinin professoru, Yer əhalisinin sayı üzrə qlobal elmi proqnoz müəlliflərindən biri Əli Muğdata istinadən məlumat yayıb.
Alim bildirib ki, Rusiyada doğum halları azalacaq.
“Yaşlı nəsillər öləcək, gənc nəsil isə daha az olacaq”, - deyə alim bildirib.
O, qeyd edib ki, Rusiyada həmçinin qlobal tendensiya da müşahidə olunur: qadınlar arasında savadlılıq artır. Təhsil nə qədər çox olarsa, bir qayda olaraq qadın da o qədər gec ana olur.
A.Muğdat bildirib ki, koronavirus istənilən digər fəlakət kimi proqnozlara təsir göstərə bilər. Lakin çox güman ki, dəyişikliklər əhəmiyyətli olmayacaq. Çünki virusun qurbanları onsuz da daha çox artıq uşaq dünyaya gətirə bilməyən yaşlılar olur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ