Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapılmayıb, axtarışlar gücləndirilib
Tarix: 6-06-2019, 14:10
Baxılıb: 1 752

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapılmayıb, axtarışlar gücləndirilib

6-06-2019, 14:10

Bakının Sabunçu qəsəbəsində itkin düşmüş 3 yaşlı Zəhra Bağırzadənin axtarışları davam edir.
Hüquq-mühafizə orqanlarından Avromedia.az-a bildiriblər ki, Sabunçu rayon polis idarəsi bütün qüvvəni uşağın axtarışına cəlb edib.
Qeyd edək ki, valideynlər uşağın evdən necə çıxıb getdiyini görməyiblər. Baş verənlərlə əlaqədar “Facebook”da naməlum kişinin Zəhraya oxşayan uşağın əlindən tutub apardığını əks etdirən foto yayıldığından istifadəçilər uşağın oğurlandığını ehtimal ediblər.
Lakin polis bu məlumatı təkzib edib. Bildirilib ki, şəkildəki qız Zəhra deyil. Hüquq-mühafizə orqanları əməkdaşlarının dediyinə görə, morqların yoxlanılması mənfi nəticə verib.
Ehtimal olunur ki, uşaq sağdır. Ancaq problem ondadır ki, həmin ərazidə çox sayda açıq quyu var, uşaq isə laldır.
Hazırda polis ərazidə axtarış aparır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ