Zaxarovadan Bakı finalı ilə bağlı - Açıqlama
Tarix: 5-06-2019, 19:36
Baxılıb: 1 768
Google+ Paylaş
Tumblr Paylaş

Zaxarovadan Bakı finalı ilə bağlı - Açıqlama

5-06-2019, 19:36

İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir.
Avromedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ənənəvi olaraq keçirilən mətbuat konfransında bildirib.
Bakıda UEFA Avropa Liqasının mayın 29-da keçirilən final oyununun siyasiləşdirilməsi cəhdləri ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, buna uyğunlaşmağa çalışsaq da, o demək deyil ki, bu cəhdlərlə razılaşırıq:
"İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir. İdman birləşməyi təşviq edir, parçalanmağı yox. Yada salmaq lazımdır ki, antik dövrdən etibarən belə bir ənənə mövcuddur ki, münaqişələrin qarşısını almaq üçün müxtəlif idman yarışları təşkil olunur. Biz 21-ci əsrdə bu ənənəni yaşatmalıyıq".
Təhlükəsizlik məsələlərinə gəldikdə, rusiyalı rəsmi qeyd edib ki, Bakını qorxulu şəhər adlandırmaq çətindir:
"Mən böyük məmnuniyyətlə Bakıya səfər edir, nazirlik əməkdaşı kimi rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edirəm. Son 10 ildə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri qeyd edə bilərəm. Bakı mənim məmnun qaldığım şəhərlər sırasındadır".
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ