Ölkəmizdə notariat sistemi iflic oldu: heç yerdə işləmir
Tarix: 11-08-2020, 18:58
Baxılıb: 4 926
Google+ Paylaş
Tumblr Paylaş

Ölkəmizdə notariat sistemi iflic oldu: heç yerdə işləmir

11-08-2020, 18:58

Azərbaycanda artıq iki gündür notariat sistemi işləmir.
Bu barədə məlumat verən sakinlərin sözlərinə görə, ölkədəki bütün notariatlar, hətta ASAN-dakı notarius xidmətləri də iflic olub. Səbəb kimi isə şəbəkədə problem yarandığı bildirilir. Maraqlıdır ki, problemin nədən qaynaqlandığı və nə zaman həll ediləcəyi də bəlli deyil.
ASAN Xidmət Mərkəzindən saytımıza bildiriblər ki, ASAN Xidmət mərkəzlərində notariat sisteminin işləməməsinin səbəbi ümumi bazada problemin yaranması ilə bağlıdır.
“Problem ümumi ədliyyə sistemindədir. Nə vaxta düzələcəyi haqqında dəqiq nəsə deyə bilmərik. Çünki sistem donub. Elə bilin ki, telefonunuz donub və anidən açıla bilər. Ona görə də vaxt və müddət barədə nəsə demək çətindir”, - deyə qeyd edilib.
Ədliyyə Nazirliyinə sorğu göndərilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ