Azərbaycanda yeni yaranan qurum hansı işləri görəcək? - AÇIQLAMA
Tarix: 8-08-2020, 16:57
Baxılıb: 4 283
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda yeni yaranan qurum hansı işləri görəcək? - AÇIQLAMA

8-08-2020, 16:57

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilk növbədə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadə olunması, qənaət edilməsi, şəffaflığın artırılmasına xidmət edəcək. Eyni zamanda, ölkədə özəl sektoru inkişaf etdirməklə iqtisadiyyatda sağlam rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq.
Bunu açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqda danışarkən deyib. Millət vəkili bildirib ki, bu gün Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür:
“Belə ki, hazırda ölkədə məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında da xüsusi rola malikdir.
Dövlət İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkminləşdirilməsi, şəffaflığın artırılması baxımından çox vacibdir. Bu bizə korporativ idarəetmə metodlarını dövlət idarəetmə müəssisələrində tədbiq etməyə imkan yaradacaq. Bu holdinq hesabatlığı artıracaq, həmçinin ictimai nəzarət imkanlarının da genişlənməsinə gətirib çıxaracaq. Holdinq konkret olaraq səmərəliliyi, şəffaflığı ölçən meyarlardan istifadə edəcək ki, bu da praktiki olaraq hər bir dövlət müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsində önəmlidir”.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi dövlət müəssisələrinə ixrac imkanları da yaradacaq:
“Holdinqin əsas vəzifələrindən biri ixrac imkanlarının genişlənməsi yönündə təkliflər hazırlamaq və dövlət müəssisələrinin bundan istifadə etməsi üçün zəruri şərait formalaşdırmaqdır. Holdinq yeni ixrac bazarlarının tapılması, rəqabət qabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və ixrac edilməsi baxımından çox vacib rol oynayacaq. Nəticə etibarilə bu holdinqin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi hesabına həmin müəssisələr tərəfindən investisya qoyuluşlarına gətirib çıxaracaq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ