Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ
Tarix: 8-08-2020, 13:05
Baxılıb: 4 627
Google+ Paylaş
Tumblr Paylaş

Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

8-08-2020, 13:05

Bu gün heç bir ölkə ilə sərhədlərimiz açıq deyil. Yalnız qonşu ölkələrlə çarter reysləri təşkil olunur.
Bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, avqustun 31-nə qədər ölkə sərhədləri bağlı qalacaq.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, xəstələrin müalicəsi üçün xarici ölkələrdən mütəxəssislər dəvət olunur:
"Hazırda Çin və İtaliyadan ölkəmizə mütəxəssislər dəvət olunub. Xəstəliklə daha çox təmasda olan ölkələrdən mütəxəssislərin dəvətinə üstünlük veririk. Qarşıdakı dövrlərdə də müsbət nəticə əldə edən ölkələrdən mütəxəssislərin gətirilməsi gözlənilir".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ