Uşaqpulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olundu
Tarix: 6-08-2020, 13:26
Baxılıb: 3 723
Google+ Paylaş
Tumblr Paylaş

Uşaqpulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olundu

6-08-2020, 13:26

Milli Məclisin bugünkü iclasında deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı uşaqpulu məsələsini gündəmə gətirib.

Tahir Kərimli ünvanlı sosial müavinətin dayandırılmasını, onun əvəzində uşaqpulunun verilməsini təklif edib: “Bu gün ünvanlı sosial yardımı 70 faiz imkanlı ailələr alır, bu da insanlarda qıcıq yaradır. Ən kasıb ölkələrdə belə hazırda uşaqpulu verilir. Amma bizdə verilmir. Mən baxıram, nazir deyib ki, bunun üçün 2.5 milyard manat vəsait lazımdır. Amma uşaqpulu strateji məsələdir və verilməsi vacibdir. Deyirik ki, Neft Fondunda olan vəsait gələcək nəsillər üçündür. Bəs, uşaqlar bizim gələcəyimiz deyilmi? Bəlkə də uşaqpulunu zamanında bərpa etsəydik, bu gün 190 manata bir çox ailələrin ehtiyacı olmayacaqdı. Ən azından birtəhər dolanacaqlardı. Bu gün uşaqpulu vermiriksə, sabah onları necə müharibəyə aparacağıq?”.

Sabir Rüstəmxanlı isə rayonlarda icra başçılarının insanların sosial müdafiəsi üçün ayrılan vəsaitləri mənimsədiyini bildirib: “Bununla bağlı bir çox videofaktlar gördük. Bunu təkzib etmək olmaz. Bunun qarşısını almaq üçün ən yaxşı çıxış yolu uşaqpulunun verilməsidir. Təklif edirəm ki, bu məsələyə baxılsın”.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, bu məsələdə ünvanlılığa üstünlük verilməlidir: “Təklif edirəm ki, bununla bağlı işçi qrup yaradılsın və bu məsələni araşdırsın. Hesab edirəm ki, əgər bu olacaqsa, ünvanlı olmalıdır, ehtiyacı olan ailələrə verilməlidir”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ