“Azərişıq” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edib
Tarix: 3-06-2019, 14:22
Baxılıb: 1 786
Google+ Paylaş
Tumblr Paylaş

“Azərişıq” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edib

3-06-2019, 14:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərişıq” ASC-nin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Avromedia.az-a bildirib ki,  "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov iyunun 3-də Qubada 20-yə yaxın vətəndaşı qəbul edib.
Belə ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.
ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Quba və Qusar rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.
ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.
Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Xaçmazda (Xaçmaz və Şabran sakinləri üçün) 24 vətəndaşın müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ