Azərbaycan-Türkiyə təlimləri davam edir
Tarix: 1-08-2020, 19:07
Baxılıb: 4 676
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan-Türkiyə təlimləri davam edir

1-08-2020, 19:07

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb.
Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun qaydada fəaliyyət göstərir. Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ