Ayətullah Xameneinin dəftərxanası Fitr bayramının böyük ehtimalla ayın 5-ə təsadüf edəcəyini bildirib
Tarix: 3-06-2019, 11:26
Baxılıb: 1 730
Google+ Paylaş
Tumblr Paylaş

Ayətullah Xameneinin dəftərxanası Fitr bayramının böyük ehtimalla ayın 5-ə təsadüf edəcəyini bildirib

3-06-2019, 11:26

Ayətullah Xameneinin dəftərxanası Fitr bayramının və şəvval ayının birinin böyük ehtimalla iyun ayının 5-ə təsadüf edəcəyini bildirib.
Avromedia.az  İRNA-a istinadla xəbər verir ki, bu barədə Ayətullah Xameneinin dəftərxanasının “İstihlal” mərkəzinin sədri höccətül-İslam Fəzlullah Zakiri məlumat verib.
Bildirilib ki, sabah (həftənin ikinci günü, ayın 4-ə təsadüf edir) axşam şəvval ayının görünməsi asanlıqla mümkün olacaq. Bu isə o deməkdir ki, cari ayın 5-i böyük ehtimalla bayramdır.
Mənbə əlavə edib ki, sabah axşam Fitr bayramının ayının görünməsi üçün ölkənin müxtəlif bölgələrində 100-dən çox mütəxəssis qrupu iş başında olacaq.
Qeyd edək ki, Azərbaycanda da Qafqaz Müsəlmanları İdarəsi cari ayın beşini Fitr bayramı günü elan edib. Cari ayın 5-6 günləri ölkədə rəsmi tətildir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ