TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
Tarix: 31-07-2020, 15:48
Baxılıb: 4 181
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA

31-07-2020, 15:48

Yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejimi yumşaldıla bilər.
Bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyevin söyləyib.
Yumşaldılma ilə bağlı qərarın aidiyyəti qurumlar tərəfindən vəziyyətin dəyərləndirilməsindən sonra açıqlanacağını deyən V.Əliyev bildirib: “Bütün dünyada müəyyən müddətdən sonra karantin rejiminin sərt formasından yumşaq formasına keçmək haqqında qərarlar qəbul edilir, onun şərtləri daha da yumşaldılır. Ölkəmizdə müvafiq qurumlar mövcud vəziyyəti dəyərləndirdikdən sonra yumşaldılmalara gedilə bilər. Yumşaldılmaya gedilsə belə, ehtiyatı əldən vermək olmaz. Çünki virus hələ də həyatımızdadır. Vətəndaşlar yenə də maska taxmalı, sosial məsafə prinsipinə və gigiyenik qaydalara mütləq əməl etməlidirlər. Xüsusilə COVID-19 infeksiyasından sağalanlar daha diqqətli olmalıdırlar. Çünki növbəti dəfə də virusa yoluxma riski var. Ona görə də ehtiyatı əldən verməmək və profilaktik tədbirlərə hər zaman riayət etmək lazımdır. Qapalı məkanlarda maska taxmaq zəruridir. Açıq havada isə buna ehtiyac yoxdur. Şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni gözləmək vacibdir. Bununla da virusdan qorunmaq olar. Vətəndaşlar sadalanan tələblərə əməl etsələr, yoluxma ən minimum həddə enəcək. Bu isə sərt karantin qaydalarının yumşaldılmasına səbəb ola bilər. Karantin rejiminin yumşaldılması bir növ vətəndaşların öz əlindədir”.
Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejimi avqust 5-də, ölkə üzrə xüsusi karantin rejimi isə avqustun 31-də sona çatacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ