Ombudsman erməni təxribatının şahidi oldu - Foto
Tarix: 14-07-2020, 19:12
Baxılıb: 4 269
Google+ Paylaş
Tumblr Paylaş

Ombudsman erməni təxribatının şahidi oldu - Foto

14-07-2020, 19:12

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub.
Müvəkkil hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub.
Jurnalistlərə açıqlamasında Səbinə Əliyeva deyib:
“Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təxribat törədilib. İnsan Hüquqları üzrə Müvəkkil olaraq buraya monitorinq aparmağa, mülki əhaliyə qarşı törədilmiş təcavüzü qeyd etməyə gəlmişəm. Bunlarla bağlı geniş hesabat hazırlayaraq ən qısa zamanda müvafiq beynəlxalq qurumlara göndərəcəyik. Ermənistan hüquqların müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədləri bu dəfə də pozub. Burada yaşayan əlil və ahıl insan qətlə yetirilib. Budur, əlil və ahıl dinc sakinin axşam yeməyinə hazırlaşdığı zaman başına gələn faciə. O, yemək masasının üstündə qalıb”.
***
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrinin monitorinqi zamanı Tovuzun Dondar Quşçu kəndinə ağır artilleriya hücumlarının şahidi olub və bu hücumlar nəticəsində dağıdılmış evlərə dərhal baş çəkib
.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ