DTX əməliyyatı: XİN-in daha bir vəzifəli şəxsi saxlanıldı
Tarix: 10-07-2020, 16:48
Baxılıb: 5 048
Google+ Paylaş
Tumblr Paylaş

DTX əməliyyatı: XİN-in daha bir vəzifəli şəxsi saxlanıldı

10-07-2020, 16:48

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Avromedia.az Report-a istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrilyi ilə baxılacaq.
F.Bağırov mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə əməllərində təqsirləndirilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ