Kapital Bankın dəstəyi ilə bu şəxslərə ev verildi
Tarix: 10-07-2020, 14:49
Baxılıb: 5 171
Google+ Paylaş
Tumblr Paylaş

Kapital Bankın dəstəyi ilə bu şəxslərə ev verildi

10-07-2020, 14:49

Ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında mənzillə təminat proqramı xüsusi yer tutur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir ki, Kapital Bank da bu işə öz töhfəsini verdi.
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələr kateqoriyasına aid olan şəxslər üçün müxtəlif tədbirlər həyata keçirir. Bu dəfəki sosial aksiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilərək, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Kapital Bankın Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru Tural Ayvazlı iştirak edib. Şirvan rayonu, Nəriman Nərimanov küçəsi 4 ünvanında yerləşən, 4 mərtəbəli, 3 bloklu binada 68 ədəd mənzil, sahiblərinə təqdim edildi.
Qeyd edək ki, mənzillər təmirli olmaqla, yerləşdiyi ərazidə idman və uşaq meydançası yaradılıb. Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 6-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları isə üçotaqlıdır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ