SMS icazə ilə bağlı təklif: DƏYİŞDİRİLƏ BİLƏR
Tarix: 8-07-2020, 19:11
Baxılıb: 4 648
Google+ Paylaş
Tumblr Paylaş

SMS icazə ilə bağlı təklif: DƏYİŞDİRİLƏ BİLƏR

8-07-2020, 19:11

“Azərbaycanın bir sıra şəhər və rayonlarında iyunun 21-dən tətbiq edilmiş və sonradan iyulun 20-dək uzadılmış sərtləşdirilmiş xüsusi karantin rejiminin bir sıra sərt tələbləri var. Onlardan da biri budur ki, vətəndaşlar yaşadıqları yeri gün ərzində bir dəfə bir səbəbə və iki saat müddətinə elektron icazə sistemindən razılıq almaqla tərk edə bilərlər”.
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial media hesabında yazıb.
Millət vəkili bildirib ki, son zamanlarda bir qrup vətəndaş ona müraciət edərək həmin vaxtı iki dəfəyə istifadə etməyə razılıq verilməsini xahiş edirlər: “Belə ki, bəzi hallarda hansısa məsələlərə dair iki dəfə evdən çölə çıxmaq ehtiyacı yaranır. Müvafiq dəyişiliklər edilməklə, vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə, gün ərzində 1+1 və ya 0,5 + 1, 5 saat hesabı ilə iki dəfə evdən çölə çıxa bilər”.
A.Mirzəzadə təklifi məqbul hesab edib: “Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edərək təklifi dəyərləndirməyi və qərarda müvafiq dəyişiklik edilməsini təklif edirəm”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ