“Fairmont” müştərilərdən üzr istədi, hovuzu bağladı
Tarix: 7-07-2020, 22:13
Baxılıb: 1 076
Google+ Paylaş
Tumblr Paylaş

“Fairmont” müştərilərdən üzr istədi, hovuzu bağladı

7-07-2020, 22:13

“Faitmont Baku” hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.
Bu barədə hotelin yaydığı məlumatda bildirilir:
“COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, “Fairmont Bakı” ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.
Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq, hotel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. “Fairmont Bakı”da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur”.
“Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, hotelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda hoteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələrinin Baş meneceri Metyu Qreppo bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ