Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər
Tarix: 7-07-2020, 17:21
Baxılıb: 5 386
Google+ Paylaş
Tumblr Paylaş

Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər

7-07-2020, 17:21

Müəllimlər banklarda uzun növbə olması və 2 saatlıq icazə limiti səbəbindən yeni maaş kartlarını ala bilmirlər.
Bu barədə redaksiyasına göndərilən şikayət məktubunda qeyd edilib. Müəllimlər bildirirlər ki, sosial izolyasiya qaydaları gözlənilmədən bankların qarşısında yaradılan növbə və 2 saatlıq icazə səbəbindən hələ də kartlarını əldə edə bilməyiblər. Onlar qaydaların gözlənilmədiyi bu növbələrdə virusa yoluxma riskinin nəzərə alınmasını və məsələnin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin artırılmasını və ya kartların müəllimlərin çalışdığı təhsil müəssisələrinə təqdim edilməsini istəyiblər.
Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu problemin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin avtomatik uzadılması daha məqsədəuyğun olar:
“Müəllimlərin çoxu maaş kartlarının vaxtı bitdiyi üçün banka üz tutmaq məcburiyyətində qalıb. Ölkə üzrə bütün müəllimlər Kapital Bankın kartları vasitəsi ilə əmək haqqı alır. Bildiyimiz kimi, pandemiyanın başladığı müddətdən 2 ay müddətinə Kapital Bank da daxil olmaqla, bütün banklar vaxtı bitmiş kartların istifadə müddətini uzatdı. Amma təəssüf ki, bu dəfə belə addım atılmadı. Hətta maaş kartlarına əlavə ödəniş edilməsi xidməti avqustdan dayandırılacaq və bu xidmətdən istifadə üçün kim istəsə, əlavə kart almalıdır. Bu da pandemiya müddətində bankların qarşısında əlavə növbənin yaranmasına və yoluxma riskinin artmasına səbəb olur”.
Ekspert deyib ki, bu problemin həlli üçün Təhsil Nazirliyi hansısa addım ata bilməz:
“Çünki kartlarda şəxsi məlumatlar yer aldığı və sahibin imzası lazım olduğu üçün kartı sahibinin özü götürməlidir. Amma yaranmış vəziyyətlə əlaqədar ən yaxşı çıxış yolu kartların vaxtının ilin sonuna qədər uzadılması ola bilər. Bu, həm banklar qarşısında uzun növbə yaranmasının qarşısını alacaq, həm də müəllimlər əziyyət çəkməyəcək”.
Mövzu ilə əlaqədar Kapital Banka sorğu verilib.
***
Kapital Bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Axar.az-a açıqlamasında bildirib ki, Kapital Bank koronavirusun (COVİD-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir:
“Hazırda təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alan və istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları 30 avqust, sosial müavinət kartları 30 sentyabr, ünvanlı sosial yardım kartları 31 oktyabr, əmək, pensiya kartları isə 30 noyabr 2020-ci il tarixinədək uzadılır. Bununla da həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır. Onlar öz əvvəlki kartlarından istifadə edə bilərlər”
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ