Mirşahin Ağayev və ailə üzvləri koronavirusa yoluxdu
Tarix: 6-07-2020, 13:13
Baxılıb: 4 982
Google+ Paylaş
Tumblr Paylaş

Mirşahin Ağayev və ailə üzvləri koronavirusa yoluxdu

6-07-2020, 13:13

REALTV-nin rəhbəri Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə Teleqraf.com-a onun yaxınları məlumat verib.
Mirşahin Ağayev özünü narahat hiss etdiyinə görə xəstəxanaya müraciət edib.
Hazırda o, xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Həkimlər vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlər təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.
Trend xəbər verir ki, 3 gün əvvəl virusa yoluxan telekanal rəhbəri artıq "Yeni Klinika"ya yerləşdirilib.
Məlumata görə, M. Ağayevin ailə üzvlərindən də koronavirusa yoluxma faktı aşkarlanıb. Onun ailə üzvləri nəzarətə götürülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ