Cinsiyyətdən imtina OLACAQ -KRİTİK QƏRAR
Tarix: 6-07-2020, 08:16
Baxılıb: 2 523
Google+ Paylaş
Tumblr Paylaş

Cinsiyyətdən imtina OLACAQ -KRİTİK QƏRAR

6-07-2020, 08:16

Niderland hökuməti vətəndaşların şəxsiyyət vəsiqələrində cinsiyyət qrafasından imtina edə bilmələri ilə bağlı qərar verib.
Avromedia.az Niderland mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin təhsil, mədəniyyət və elm naziri İnqrid van Enqelşoven məlumat verib.
O bildirib ki, hökumət 2024-2025-ci illərdə bu parametri şəxsiyyət vəsiqələrindən çıxarmaq istəyir:
"Hakimiyyət cinsiyyətin məcburi qeydiyyata alınmasından imtina etmək fikrindədir. Niderland sakinləri öz şəxsiyyətlərini yaratmalı, tam azadlıqda və təhlükəsizlikdə yaşamalıdırlar".
"Söhbət yalnız mülki şəxsiyyət vəsiqələrindən gedir. Cinsiyyət qarafası xarici pasportlarda qalacaq. Çünki Avropa İttifaqının qaydaları bunu tələb edir", - deyə nazir bildirib.
İnqrid Niderlandın belə qərar verən ilk ölkə olmadığını deyib. Onun sözlərinə görə, daha öncə Almaniya hökuməti də bu təkliflə çıxış edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ