Bakı Limanından keçən qatar Ankarada
Tarix: 4-07-2020, 22:25
Baxılıb: 1 092
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Limanından keçən qatar Ankarada

4-07-2020, 22:25

Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb.
Bu barədə Avromedia.az-a Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dən bildirilib.
Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü, Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) törəmə müəssisəsi ADY Konteyner MMC-dir.
Bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platformanın təşkil etdiyi blok qatarı mütəmadi olaraq Çindən Türkiyəyə yük daşıyacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ