Dövlət qurumunun 5 tenderi ləğv edildi
Tarix: 4-07-2020, 19:53
Baxılıb: 5 007
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət qurumunun 5 tenderi ləğv edildi

4-07-2020, 19:53

"Azərişıq” ASC tərəfindən keçirilən müxtəlif rayonlarda “10 kV-luq hava xəttinin, 25/63/100/160/250/400 kVA gücündə KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” tenderləri ləğv edilib.
Ağdamın Əfətli, Küdürlü, Hacıməmmədli, İsalar, Hacıturalı, Qəhrəmanbəyli, Həsənxanlı, Məmmədbağırlı kəndlərində (tender1), Gədəbəyin Əyrivəng və Qasımlı kəndlərində (tender2), Goranboyun Buzluq kəndində (tender3), Şəmkirin Bayramlı kəndində (tender4) və Qazaxın Kəmərli kəndində (tender5) görüləcək işlər üçün elan edilmiş açıq tenderin iddiaçıların sayı 3 (üç)dən az olduğu üçün "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 maddəsini əsas götürərək Tender komissiyasının qərarına əsasən tenderin davamından imtina olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ