“Vətən yaşasın!” -Turan Araşdırma Mərkəzi layihəsinin  icrasına başlayır
Tarix: 3-07-2020, 14:48
Baxılıb: 832
Google+ Paylaş
Tumblr Paylaş

“Vətən yaşasın!” -Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır

3-07-2020, 14:48

Avromedia.az-ın Turan Araşdırma Mərkəzi”İB-dən aldığı məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi qrant müsabiqəsində qaliblərdən biri də “Turan Araşdırma Mərkəzi” İB olub.
TAM-ın qalib gəlmiş"Vətən yaşasın!" layihəsi çərçivəsində görüləcək əsas iş "Vətən yaşasın" adlı sənədli filmin çəkilişidir.Layihənin icrasınaiyulun 1-dənartıq start verilib. Üç ay müddətində icra edilməsi nəzərdə tutulan layihə cariil oktyabrın 1-dəbaşa çatacaq.
Film vətənpərvərlik mövzusundadır.Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasındaVətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük rolu var. Azərbaycan tarixində saysız-hesabsız qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl həyat vəigidlikməktəbidir.
Filmdə əsas məqsəd ermənilərlə savaşda qəhrəmanlıq nümunəsi göstərmiş Vətən oğullarının tanıdılmasıdır. Hazırdahər gün cəbhə bölgəsində düşmən tərəfindən atəşkəs bir neçə dəfə pozulur. İgid Azərbaycan əsgəri kimi yerli sakinlərimiz də qəhrəmanlıq göstərərək düşmənlə üzbəüz ərazidə qorxmadanyaşayır, yaradır, öz həyatlarına davam edirlər.
Film Tərtər, Goranboy, Füzuli, Ağdamda çəkiləcək. Buərazilər cəbhə bölgəsi, təmas nöqtəsidir.
Layihənin icrası üçün çəkiləcək film geniş tamaşaçı auditoriyasınatəqdim ediləcək.
Mərdan DOLĞUN
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ