Avroliqa vaxtı Azərbaycana 60 min turist gəlib - FOTO/VİDEO
Tarix: 30-05-2019, 17:30
Baxılıb: 885
Google+ Paylaş
Tumblr Paylaş

Avroliqa vaxtı Azərbaycana 60 min turist gəlib - FOTO/VİDEO

30-05-2019, 17:30

UEFA Avropa Liqasının finalı dövründə, daha dəqiq desək, may ayının 27-dən 30-dək Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə təxminən 600 reysə xidmət göstərib. 
Bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb. 
Bildirilib ki, onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. 
Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib. 
Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək. 
Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək
Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilib. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəlib.



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ