Koronavirus rəqəmləri şəffafdır? - Hikmət Hacıyev açıqladı
Tarix: 30-06-2020, 19:28
Baxılıb: 4 470
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirus rəqəmləri şəffafdır? - Hikmət Hacıyev açıqladı

30-06-2020, 19:28

Bu gün Azərbaycanda gündəlik olaraq 7-8 min insan testdən keçirilir və elan olunan bütün rəqəmlər şəffaf xarakter daşıyır.
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
H. Hacıyev bildirib ki, dünya miqyasında bu sürətlə yayılan ikinci virus görülməyib: "Bu, həqiqətən, Üçüncü Dünya Müharibəsi formasında xarakterizə olunacaq haldır. Artıq inkişaf etməkdə olan dövlətlər həyəcan təbili çalırlar.
Bizim diplomatik nümayəndiliklərimiz virusla bağlı müraciət etdiyi halda, nümayəndəmizə kömək edilməyib. Buna görə də tibb işçilərimizin əməyini layiqincə və obyektiv qiymətləndirməliyik".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ