Telegram-a videozəng əlavə edilib: Funksiyanı necə aktivləşdirmək lazımdır?
Tarix: 30-06-2020, 08:57
Baxılıb: 2 522
Google+ Paylaş
Tumblr Paylaş

Telegram-a videozəng əlavə edilib: Funksiyanı necə aktivləşdirmək lazımdır?

30-06-2020, 08:57

Aprel ayında Telegram tərtibatçıları qeyd etmişdilər ki, onlar bu ilin sonuna kimi messencerə təhlükəsiz qrup videozəngləri əlavə etməyi planlaşdırırlar.
Güman olunurdu ki, bu funksiyanı yaxın müddətdə gözləmək lazım deyil. Lakin heç gözlənilmədən Telegram-ın beta versiyasına videozəng funksiyası əlavə edilib. Videozəng funksiyası Telegram-ın iOS üçün olan 6.3 nömrəli beta versiyasına əlavə edilib. Sözügedən beta versiyada videozəng funksiyası deaktiv şəkildədir.
Onu aktivləşdirmək üçün ayarlar ikonuna 10 dəfə klik etmək lazımdır. Daha sonra açılan Debug menyusunun sonunda Experimental Feature düyməsinə klikləmək lazımdır. Funksiyanı aktivləşdirəndən sonra bunu etmiş digər istifadəçilərin də hesablarında videozəng düyməsi ortaya çıxacaq. Videozəng vasitəsilə danışıq zamanı istifadəçi ön və arxa kamera arasında keçid edə və mikrofonu söndürə bilər. Qrup zəngləri isə Telegram-da hələ dəstəklənmir. Videozəng funksiyasının Telegram-ın stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ