Ermənistanda maskası olmayan vətəndaşı polis belə saxlayır – FOTOFAKT
Tarix: 5-06-2020, 18:43
Baxılıb: 2 553
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanda maskası olmayan vətəndaşı polis belə saxlayır – FOTOFAKT

5-06-2020, 18:43

Ermənistanda ictimai təşkilatın sədri Manuel Manukyan öz Facebook səhifəsində “polis maskanın olmaması səbəbindən Ermənistan vətəndaşını alçaltdı” qeydini edib.
Bu haqda məlumatı erməni mediası yayıb.
“Diqqətlə baxın, onu necə yerə yıxırlar, boğurlar və ayaqlarını boynuna dirəyirlər. O insanın əvəzində hər birimiz ola bilərdik. Və təbii ki, o zaman da bu vəhşiliyi edəcəkdilər.  Foto yeni çəkilib. Hamını birləşməyə çağırıram. Bu polislər etdiklərinə cavab verməlidirlər” deyib.
Ermənistan Polisinin Rabitə və İnformasiya İdarəsi rəisinin müavini Edgar Djanoyan Aysor.am-a bildirib ki, vətəndaş Ermənistanın İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin pozulması zəminində saxlanılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu insidentlə bağlı öz Facebook səhifəsində yazıb ki, polis hüquq mühafizə orqanıdır və müəyyən edilmiş qaydalara məhəl qoymayanlara qarşı qanunla müəyyən edilmiş qaydada güc tətbiq edə bilər.
“Bu, mənim polisdən tələbim, polisin də cəmiyyətdən tələbi budur” deyib Manukyan. (Konkret.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ