Bakıda alış-veriş etmək istəyənlərin NƏZƏRİNƏ
Tarix: 5-06-2020, 12:40
Baxılıb: 2 988
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda alış-veriş etmək istəyənlərin NƏZƏRİNƏ

5-06-2020, 12:40

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb.
Məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruriliyi qeyd olunub:
- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.
- Alış-verişə ailənizdən bir nəfər göndərin.
- Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin.
- Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə və ya dirsək bükümünüzlə örtün.
- Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.
- Digərləri ilə fiziki məsafə saxlayın.
- Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.
- Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.
- Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ