İcra başçısının karantinə alınması ilə bağlı rəsmi açıqlama
Tarix: 25-05-2020, 17:22
Baxılıb: 3 478
Google+ Paylaş
Tumblr Paylaş

İcra başçısının karantinə alınması ilə bağlı rəsmi açıqlama

25-05-2020, 17:22

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən bildirilib ki, Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib:

"Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir"

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ