"Sədərək” rəhbərliyi icarədarlardan pul tələb edir? - AÇIQLAMA
Tarix: 23-05-2020, 14:27
Baxılıb: 2 590
Google+ Paylaş
Tumblr Paylaş

"Sədərək” rəhbərliyi icarədarlardan pul tələb edir? - AÇIQLAMA

23-05-2020, 14:27

“Sədərək” Ticarət Mərkəzində icarədarlardan pul tələb edilir.
Bu barədə Qaynarinfo-ya ticarət mərkəzinin icarədarları məlumat verib.
Onların sözlərinə görə, pandemiya dövründə ticarət mərkəzinin fəaliyyəti dayandırılıb. “Sədərək” rəhbərliyi birinci ay onlardan pul almayıb. Amma indi rəhbərlik icarədarları sıxışdırmağa başlayıb. “İkinci ayın pulunu verin” deyə icarədarları hədələyirlər.
Artıq iki aydır ki, ticarət mərkəzi fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı bəzi qadağaları götürsə də, ticarət mərkəzlərinin fəaliyyətinə icazə verməyib. Qadağanın nə vaxt götürüləcəyi isə bəlli deyil.
Bəs hansı əsasla “Sədərək” rəhbərliyi icarədarlardan icarə haqqı tələb edir?
“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətini rəhbəri Kəmaləddin Qədimov isə açıqlamasında icarədarlardan pul tələb olunmadığını bildirdi:
“Bazar bağlıdır. Axı bağlı olan bazardan kim yer haqqı tələb edir? Olmayan yerdən pul almaq olar? Biz özümüz işə çıxmırıq. İcarədarlara bazar bağlanmamış güzəşt olunub”.
Kəmaləddin Qədimov qeyd edib ki, Oreativ Qərargah nə qərar versə, ona uyğun addımlar atılacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ